Yuxarı

SOS: Bu dərmanı almayın! – Nazirlik hərəkətə keçdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərfarm" LTD şirkətinə məxsus dərmanları alarkən diqqətli olun. Şirkət buraxdığı dərmanların bir neçəsinin etiketini yanlış vurub.

Axar.az xəbər verir ki, ölkənin ən məşhur dərman firması "Peregidrol" 30 faizlik və "Kalsium xlorid" dərmanlarının etiketində yanlışlığa yol verib. Məlumata görə, anbardan səhv etiketlə satış üçün apteklərə paylanılan bütün eyni adlı dərmanlar geri çağırılıb. Artıq bir çox aptekdə sözügedən dərmanların satışı dayandırılıb.

Əlaqə saxladığımız apteklər Axar.az-a faktı təsdiqlədilər. Bildirdilər ki, müdiriyyət onlara hər hansı bədbəxt hadisənin baş verməməsi üçün sözügedən dərmanların satışını müvəqqəti olaraq dayandırmağı tapşırıb.

"Azərfarm" LTD şirkətindən isə qeyd etdilər ki, sözügedən məsələ ilə bağlı şirkət araşdırmaya başlayıb. LTD sözçüsü faktın hələlik təsdiqlənmədiyini, bu səbəbdən araşdırma aparıldığını dedi:

"Apteklərə hər hansı xəbərdarlığın edilməsi hələlik təsdiqlənməyib. Ancaq şirkət araşdırma aparır. Hər hansı bir yanlışlıq qeydə alınsa, ictimaiyyətə mütləq məlumat veriləcək".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də Axar.az-a bildirdi ki, məsələ araşdırılır:

"Belə bir məlumat əldə etmişik və dərhal araşdırma başlanılıb. Hələlik konkret bir söz demək mümkün deyil. Ancaq belə bir fakt aşkarlansa, Nazirlik təcili məlumat yayıb xəbərdarlıq edəcək".

Tarix
2015.04.27 / 14:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla