Yuxarı

Xəzərin bu çimərlikləri təhlükəlidir - Siyahı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti yay günlərində şəhər əhalisinin istirahət üçün üz tutduğu məkanlardan biri, bəlkə də birincisi çimərliklərdir. Bəs çimərliklərimizin təmizliyi və təhlükəsizliyi haqda kifayət qədər məlumatlıyıqmı? Hansı çimərliklər insan sağlamlığı üçün təhlükəlidir?

Axar.az Xəzər dənizinin sahilində keçirilən monitorinqlərdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çimərliklərlə bağlı hesabatına istinadla bildirir ki,

Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıb.

Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur.

Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə – Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində – bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.

Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.

Beləliklə, Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərliklərindən istifadə etməyin!

Tarix
2015.07.30 / 18:27
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla