Yuxarı

Adaçayının faydaları nələrdir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adaçayının faydaları nələrdir?

Adaçayı (şalfey) qədimdə və orta əsrlərdə demək olar ki, bağ-bağçada yetişdirilən və hər kəsin yaxşı tanıdığı dərman bitkisidir. Özünəməxsus ətri olan, efir yağları ilə zəngin bu şəfalı bitkinin faydalarını saymaqla bitməz.

Türk xalqlarında adaçayı ilə bağlı bir məsəl var: Bağında adaçayını əkmisənsə, ölməyə nə gərək var.

Axar.az Medicina.az-a istinadən adaçayını hansı xəstəliklərdə istifadə edə biləcəyinizi təqdim edir:

- Depressiya, nevroz, stresdə içilir;

- Bədəndən zərərli toksinləri çıxarır;

- Beynin bütün funksiyalarını yaxşılaşdırır;

- Bronxit və astmaya yaxşıdır;

- Qaraciyəri təmizləyir;

- Sidik yolları infeksiyasında müalicəvidir;

- Menopauza dövründə qadınlara lazımdır;

- Saçların ağarmasını gecikdirir;

- Demensiya, alsheymerin qarşısını alır;

- Diabetdə qanda şəkəri salır;

- Baş ağrısı və miqrendə;

- Ağız, diş, damaq yaraları; angina, faringitdə qarqara;

- Qocalmanı gecikdirir;

- Sellülitə belə effektivdir;

- Qarın ağrısı, ishal;

- İmmuniteti yüksəldir;

- Antibiotik təsirlidir;

Dəmləməsi və çayı necə hazırlanır?

Bir neçə yarpaq adaçayı dəm çaydanına qoyulub, üstünə qaynar su alınır. İstədiyiniz rəng və dad alınan kimi adaçayı çaydandan çıxarılır. Alınan çay içilir. Çox qaldıqda acı dad verir.

Qurudulmuş aptek adaçayı – 1,5 çay qaşığının üzərinə 3 stəkan qaynar su tökülür, dəmə qoyulur. Süzülüb içilir. 5 dəqiqədən artıq dəmlənməməlidir.

Gündə 2 fincandan artıq içmək olmaz. Allergiyası olanlar diqqətli olsun.

Tarix
2022.01.22 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla