Yuxarı

Xəstəni şikəst edən həkim: “Hadisədir də…”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şəkərli diabet xəstəsinin qanqrena olan sol ayağının yerinə sağlam olan sağ ayağını kəsən Angioloji və Mikrocərrahiyyə Mərkəzinin cərrah həkimi Valeh Kərimov onunla bağlı səsləndirilən iddialara münasibət bildirib.

V.Kərimov Report-a açıqlamasında faktı təsdiqləyib və səhv etdiyini etiraf edib:

"Xəstə çox ağır idi. Hər iki ayaq işemiya fonunda qanqrena olub. Birində proses çox dərin idi. Yəni çürümə çox idi. Digərində isə proses hələ yeni başlayıb. Hər iki ayaq kəsilməli idi. Sol ayaq amputasiya olunmalı idi, mən sağ ayağı əməliyyat etmişəm. Uşaqlarını da başa salmışam. Onun həyatını xilas etmək üçün ani olaraq mexaniki səhv səbəbindən belə bir hadisə oldu. Onsuz da iki-üç gün sonra həmin ayaq da kəsilməli idi. Övladlarına dedim ki, əsas odur ki, ananız sağdır. Elə xəstəm olub ki, iki ayağı bir həftə müddətində kəsilib. Hadisədir də, başıma gəlib. Amma bir daha vurğulayıram ki, hər iki ayaq onsuz da kəsilməli idi. Sadəcə bunun geci-tezi var idi".

V.Kərimov Yasamal Rayon Polis İdarəsinə çağırıldığını da deyib.

"Hazırda işdə deyiləm, mərkəzə (xəstəxana nəzərdə tutulur) yaxın dura bilmirəm. Xəstənin yaxınları mənə hücum çəkib, hətta biri məni vurub, işdə də dağıntılar ediblər. Xəstənin oğlanlarından biri mədənidir və məni başa düşdü. Onlar bilirdi ki, hər iki ayaq əməliyyat olunmalı idi, əks halda analarının 3-4 günlük ömrü qalacaqdı", - cərrah əlavə edib.

Tarix
2016.06.24 / 16:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla