Yuxarı

Türk aktyor: “Qohumlarım azərbaycanca danışır”

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk aktyor: “Qohumlarım azərbaycanca danışır”

Yeni serial üzərində işləyirik. Sərt polis rolunda oynayacağam.

Axar.az xəbər verir ki, bunu "Uşaqlar eşitməsin" serialındakı Haluk obrazı ilə özünü azərbaycanlılara da sevdirən türkiyəli aktyor Tamər Qaradağlı çəkiləcəyi yeni serial haqda ARB TV-nin "Türk şou-maqazin" verilişində danışarkən deyib. O, imicindəki dəyişikliyin də məhz yeni serialdan qaynaqlandığını vurğulayıb:

"Həm sərtlik var, həm də sevgi. 1-2 aya da çəkilişlərə start verəcəyik. Mən də indidən fiziki olaraq o rola hazırlaşıram, saqqalımı da ona görə uzatmışam. İnşallah yaxşı olacaq".

Tamər Qaradağlı ailəsinin Azərbaycanla əlaqələrindən də söz açıb:

"Nənəm və babam azərbaycanlıdır. Onlar Azərbaycandan Türkiyəyə gəliblər. Nənəm Gəncədəndir. Azərbaycanla bağlı hər şey mənim üçün çox vacibdir, çünki atalarımın torpağıdır. Çəkildiyim serialların Azərbaycanda da sevildiyini görmək çox xoşdur. Oradan kimsə gələndə çox sevinirəm".

Türkiyəli aktyor Azərbaycana gəlmək istədiyini də açıqlayıb:

"Mən Azərbaycana heç gedə bilməmişəm. Ən yaxın zamanda sizin ölkəyə gələcəyəm. Qohumlarım arasında Azərbaycan adını hissə-hissə daşıyan var. Qohumumun birinin adı Azər, birinin Baycan, birininki də Arazdır".

Sevilən aktyor dilimizə marağından da bəhs edib:

"Azəri yeməkləri bir başqadır. Mənim anam azərbaycanlı deyil, amma 50 il o ailənin içində olduğu üçün, bütün yeməkləri bişirməyi öyrənib. Qohumlarım sizin kanalları izləyir, türkləri yox. Azərbaycan ləhcəsi ilə danışırlar. Mən də vərdiş olaraq "Uşaqlar eşitməsin" serialında bəzi səhnələrdə azərbaycanca danışmışam".

Tarix
2016.10.31 / 15:32
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla