Yuxarı

Tarixi filmdə yanlış: Ermənilərin Sultana sui-qəsdi - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi filmdə yanlış: Ermənilərin Sultana sui-qəsdi - Video

Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur tarixi seriallarından “Payitaht Əbdülhəmid”də yanlışlığa yol verilib.

Kult.az xəbər verir ki, serialın 72-ci bölümündə Daşnaksütyun tərəfindən 1905-ci ilin 21 iyulunda Osmanlı Sultanı II Əbdülhəmidə qarşı həyata keçirilən sui-qəsd cəhdi təsvir olunub.

Tarixi mənbələrə görə, Şərqi Anadolu bölgəsində müstəqil erməni dövləti yaratmaq istəyən Daşnaksütyun Federasiyası 1905-ci il iyulun 21-də Ulduz Həmidiyyə məscidi qarşısında II Əbdülhəmidi öldürmək üçün bombalı hücum təşkil edir. Bu məqsədlə at arabalarından birinə 120 kq partlayıcı maddə qoyan ermənilər cümə namazından qayıdarkən II Əbdülhəmidin öldürülməsi üçün arabanı məscid yoluna yerləşdirir. Sultanın arabasına 1 dəqiqə 42 saniyəlik piyada getməsinə qədər hər şeyin hesablandığı, bütün detalları dəqiq düşünən ermənilər partlayışın təsirli alınması üçün arabaya metal parçaları doldurur, lakin sırf təsadüf nəticəsində sui-qəsd baş tutmur. Belə ki, Şeyxülislam Cəmaləddin əfəndi Əbdülhəmidə sual verdiyi üçün Sultan məsciddən vaxtından gec çıxır və ermənilərin planı iflasa uğrayır.

Tarixə "Ulduz sui-qəsdi" kimi keçən terror nəticəsində 26 nəfər ölür, 58 nəfər yaralanır.

Tarixi serialın 72-ci bölümündə lentə alınan hadisə isə realdakından fərqli olaraq qış aylarında çəkilib. Filmdə sui-qəsd cəhdinin məscidin önündə deyil, məktəb açılışı zamanı edildiyi göstərilib. Bundan əlavə, bomba at arabasında partlamaq əvəzinə yerə basdırılmış vəziyyətdə təsvir olunub. Üstəlik, partlayışdan əvvəl sui-qəsd cəhdinin başında dayanan Belçika vətəndaşı Eduard Corisin Sultanı nişan aldığı göstərilir. Tarixi faktlara görə isə belə bir hadisə baş verməyib.

Tarix
2019.02.03 / 08:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla