Yuxarı

Messi və Maduronun sevimli türk serialları...

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Messi və Maduronun sevimli türk serialları...

Türk televiziya seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var.

Kult.az xəbər verir ki, Türkiyə bu göstərici üzrə yalnız ABŞ-dan geri qalır.

Qeyd olunur ki, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Amerikada bu ölkədə istehsal olunmuş teleseriallara 700 milyondan çox tamaşaçı baxıb. Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.

Agentliyin məlumatına görə, xarici ölkələrdə ən çox tamaşaçısı olan “Möhtəşəm yüz il” serialı 70 ölkədə 500 milyona yaxın tamaşaçı toplaya bilib. Digər populyar ekran əsərləri sırasında “Diriliş Ərtoğrul”, “Qara para eşq”, “Adını Fəriha qoydum”, “Gümüş” və “Fatmagülün günahı nə?” teleserialları var.

Türk teleserialları arasında xarici televiziya bazarına ilk ixrac edilən film 1975-ci ildə lentə alınmış və 1981-ci ildə Fransaya satılmış “Aşk-ı Məmnu” olub. Bu serialların MDB məkanında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, habelə Balkan ölkələrində daha populyar olduğu bildirilir. Məşhur futbolçu Lionel Messi də “Qara para eşq” serialına baxdıqdan sonra təəssüratını İnstaqram səhifəsində bölüşüb. “Diriliş Ərtoğrul” serialı isə Venesuela Prezidenti Nikolas Maduronun sevimli filmlərindən biridir. Son məlumata əsasən, ən tanınmış "Netflix" yayım şirkəti dörd türk serialının yayım haqlarını satın alıb.

Tarix
2019.11.13 / 21:10
Müəllif
Kult.az
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla