Yuxarı

“Ağanatiq”in təqdimatı niyə “rüsvayçı tarix”ə salındı?

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ağanatiq”in təqdimatı niyə “rüsvayçı tarix”ə salındı?

“Parni iz Baku” KVN komandasının unudulmaz və sevimli obrazı Ağanatiqin növbəti “Ağanatiq 2” komediya filmi təqdimat mərasiminə hazırlaşır.

Kult.az xəbər verir ki, KVN komandasının təqdimat mərasimini fevral ayının 23-nə təyin etməsi isə birmənalı qarşılanmayıb. Sovet donanmasının yaranma günündə (SSRİ zamanı Ordu Günü kimi qeyd edilib) Heydər Əliyev Sarayda “Ağanatiq 2” komediya filminin təqdimat mərasiminin keçirilməsi qınanılır.

Azərbaycanı işğal edən bir ordunun yaranma gününün hələ də kimlərsə tərəfindən yaşadılması vaxtaşırı müzakirə edildiyi üçün bu təqdimat mərasiminin 23 fevrala salınması diqqət çəkməyə bilməz.

Komandanın bunu qəsdən, yoxsa bilməyərəkdən etməsi də sual yaradır. Təqdimat mərasimi üçün niyə məhz bu tarix seçilib?

Məsələ ilə bağlı filmin baş rol ifaçısı və ssenari müəlliflərindən olan Cabir İmanovla əlaqə saxladıq. Lakin o, suala cavab vermək istəmədi.

Ssenari müəllifi Tahir İmanov isə Kult.az-a açıqlamasında bu məsələnin onu maraqlandırmadığını bildirdi. Əlavə etdi ki, o, bununla Azərbaycan Respublikasının hansısa qanununu pozmayıb.

Xatırladaq ki, “Ağanatiq 2” komediya filmində rolları Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə və Tahir İmanov canlandırıb.

Tarix
2020.01.14 / 11:44
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla