Yuxarı

TRT azərbaycanlı milyonçuya film həsr etdi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
TRT azərbaycanlı milyonçuya film həsr etdi

TRT AVAZ kanalında yayımlanan “Köklərin izində” sənədli filminin 20-ci bölümü Azərbaycanın tanınmış milyonçusu, dünya şöhrətli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunub.

Axar.az xəbər verir ki, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun ssenari müəllifliyi ilə ekranlaşdırılan filimdə Hacı Zeynalabdin Tağıyevin həyat yolundan bəhs olunur. Filmdə milyonçunun sağlam düşüncəsi, uzaqgörən qərarları, milli mətbuatımızın inkişafına, təhsil və maarifçilik işlərinə göstərdiyi dəstək, Bakının abadlaşması naminə həyata keçirdiyi tədbirlər barədə məlumat əksini tapıb.

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba, yazıçı Mina Tansel və başqaları tarixi faktlar və rəsmi sənədlər əsasında böyük xeyriyyəçinin fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan xalqının milli oyanışında, Cümhuriyyətimizin qurulmasında böyük əməyi olan Hacı Zeynalabdin Tağıyevin adı müasir Azərbaycan dövlətində ən sevimli tarixi şəxsiyyət kimi uca tutulur.

Tarix
2020.03.20 / 20:00
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla