Yuxarı

Hacıyevin filmi Kannda: amma 59-cu “Tənqid həftəsində”

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyevin filmi Kannda: amma 59-cu “Tənqid həftəsində”

Kann Festivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı filmi də yer alıb.

Kult.az xəbər verir ki, “Tənqid həftəsi” fiziki olaraq baş tutmasa da, digər seksiyalar yeni istedadları aşkarlamaq və onları, eləcə də kino sənayesini dəstəkləmək fəaliyyətini davam etdirib.

“Tənqid həftəsi” bu il COVID-19 pandemiyası səbəbindən xüsusi müşayiət proqramı ilə işə başlayıb. Bu il 5 uzunmetrajlı və 10 qısametrajlı film “Semaine de la Critique 2020” etiketindən faydalanacaq.

Həftənin sadiq tərəfdaşı olan kino üzrə Qan Fondu (Fondation Gan pour le Cinema) yeni rejissorları dəstəklədiyini bildirərək, I və II yerləri tutan bədii filmlərə Qan Fondu Yayım Mükafatını təqdim edəcəyini deyib.

“Tənqid həftəsi 2020” etiketi olan 10 qısametrajlı film oktyabrın 19-dan 25-dək Festival Scope Pro platformasında rəqəmsal formada və oktyabrın 22-dən 25-dək isə geniş ictimaiyyət üçün yayımlanacaq.

Xatırladaq ki, T.Hacıyevin prodüseri olduğu “Ayrılıqda” (“Torn” ) filmi hələ 2014-cü ildə Kann Festivalının “Rejissor ikihəftəliyi” proqramına daxil edilib.

Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika üzrə bakalavr və Vest Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnmiş T.Hacıyev 2013-cü ildə “FİL PRODUCTİON” şirkətini təsis edib. ABŞ-da “Palm Springs ShortFest” qısametrajlı film festivalında premyerası olan “Yara” ilk qısametrajlı filmini 2013-cü ilin sentyabrında tamamlayıb. 2015-ci ildə çəkdiyi “Şanxay, Bakı” qısametrajlı filmi Finlandiyada Tampere Film Festivalında nümayiş olunub. “Duz, istiot zövqə görə” filmi Rotterdam Beynəlxalq Film Festivalında ilk dəfə təqdim edilib.

Tarix
2020.06.05 / 14:33
Müəllif
Kult.az
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla