Yuxarı

Əfsanəvi partizanımız barədə film... - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfsanəvi partizanımız barədə film... - Video

Gənclər və İdman Nazirliyi Fransa Müqavimət Hərəkatının “Xarqo” ləqəbli partizanı, Fransa Milli Ordusunun əsgəri Akmed Mişel – Əhmədiyyə Cəbrayılov haqqında filmi təqdim edib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Kult.az-a verdiyi məlumata görə, bu film Prezident İlham Əliyevin Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı Sərəncamı əsasında ərsəyə gəlib.

Nazirlik müvafiq Sərəncamı rəhbər tutaraq və qəhrəmanlıq tarixinin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan, fransız və rus dillərində Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolunu və həyatını əks etdirən sənədli filmi nümayiş etdirib.

Film əfsanəvi qəhrəmanın yüksək insani keyfiyyətlərini, faşizmə qarşı mübarizəsini, partizan yoldaşlarının onun haqqında fikirlərini, Fransa xalqının onu unutmadığını və digər maraqlı məqamları göstərir.

Tarix
2020.09.22 / 18:09
Müəllif
Kult.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla