Yuxarı

“Evdə tək”in yeni versiyası sərt tənqidlə qarşılandı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Evdə tək”in yeni versiyası sərt tənqidlə qarşılandı

"20th Century" şirkəti 1990-cı ildə çəkilən "Evdə tək" filminin yeni versiyasının ilk fraqmanını nümayiş etdirib.

Kult.az xəbər verir ki, film fraqmanı 33 min izləyicidən "dislayk" alıb.

11 min izləyici isə fraqmanı bəyənib.

Yeni film orijinalın süjetindən çox da fərqlənmir. Ailə əsas personajı unudaraq milad tətili üçün xaricə gedir və oğlan evi soyğunçulardan qorumaq məcburiyyətində qalır.

Yeganə fərq isə yeni versiyada valideynlərin Fransaya deyil, Yaponiyaya getməsi, evi soymağa çalışanların isə bir qadın və bir kişi olmasıdır. Qəhrəmanın adı Kevin deyil, Maksdır.

İzləyicilər filmi tənqid edib şərh yazıblar: "Heç vaxt orijinaldan daha yaxşı çəkə bilməzsən. Kevin qəlbimizdədir”; "Niyə? Niyə şah əsərləri yenidən çəkmək lazımdır? Hər şeyi, hətta əsas personajın anasının paltosunu da tamamilə kopyaladınız. Dəhşətdir "; "Yalnız Milad ruhunu öldürdün!"

Qeyd edək ki, yeni "Evdə tək" filminin premyerası noyabrın 12-də olacaq.

Tarix
2021.10.14 / 10:09
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla