Yuxarı

Bir neçə dəfə cəhd etdim, uğursuz oldu - Oksana

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir neçə dəfə cəhd etdim, uğursuz oldu - Oksana

Son bir il idi ki, çox istəyirdim teatrda fəaliyyət göstərim. Bunun üçün bir neçə dəfə cəhd etmişdim, lakin cəhdlərim uğursuz oldu. Bu fürsəti M.Teatrın yaranması ilə əldə edə bildim.

Kult.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında tanınmış rəqqasə-aktrisa Oksana Rəsulova deyib.

Aktrisa bildirib ki, M.Teatrın yaradıcısı və bədii rəhbəri Xalq artisti Vidadi Həsənov ona burada fəaliyyətə başlaması üçün imkan yaradıb:

"Mən Vidadi müəllimə minnətdaram ki, o, mənim istedadımı görüb, teatr fəaliyyətimə başlamağım üçün şərait yaradıb. Mən bu xəbəri eşidəndə kövrəlib ağladım. Vidadi müəllim mənim üçün çox böyük bir ustaddır. Sevinirəm ki, həm onun tələbəsiyəm, həm də onun yaratdığı teatrda fəaliyyət göstərirəm".

O.Rəsulova əlavə edib ki, hazırda teatrda daimi məşqləri başlayıb: "İyul ayında ilk tamaşam baş tutacaq. Tərəf müqabilim Ziya Ağadır. O da çox istedadlı və peşəkar bir aktyordur. Bir aydır ki, məşqlərimiz davam edir. Maraqlı bir tamaşa olacaq. Hər kəs tamaşamıza dəvətlidir".

Tarix
2022.06.07 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla