Yuxarı

Türk rejissorun filmi İranda "ən yaxşı" oldu

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk rejissorun filmi İranda "ən yaxşı" oldu

Türk rejissor və ssenarist Ənsar Altayın “Kodokuşi” filmi İranda keçirilən 8-ci Şəhr Beynəlxalq Film Festivalında "Ən yaxşı beynəlxalq sənədli film" mükafatına layiq görülüb.

Kult.az xəbər verir ki, Yaponiyadakı tənha adamlardan bəhs edən bu ekran əsəri bir çox beynəlxalq festivalda nümayiş olunub və müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb.

Qeyd edək ki, “TRT Dünya” istehsalı olan “Kodokuşi”nin 8-ci Boğaziçi Film Festivalında milli premyerası olub və beynəlxalq münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Beynəlxalq premyerasını 24-cü Beynəlxalq Şanxay Film Festivalında edən film festivalın baş mükafatına - “Qızıl qədəh”ə namizəd olub.

“Müasir həyat tərzi insanları tək qoyur” ideyasından ilhamlanan sənədli film ölümündən həftələr sonra diqqət çəkən insanlardan bəhs edir.

Ekran əsərinin hekayəsi qısaca belədir:

"Qarşılaşdığı tənha insanların ölümündən təsirlənən Norihito keçmişində etdiyi səhvləri düzəltməyə qərar verir. Amma bu səy onun həyatında gözlənilməz yeni problemlərə gətirib çıxarır. Ağsaqqal Muramatsu isə sosial təcrid vəziyyətində sakitcə həyatını yaşayır. Qarşıdan gələn Sakura Festivalı onun taleyini dəyişdirmək üçün ümid işığına çevrilir. O, dünyada mövcud olmaq üçün bir səbəb tapacaqmı?"

Tarix
2022.07.26 / 18:14
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanla Azərbaycan arasında normallaşma prosesi…

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırdı

Zəfər Günündə bizimlə bərabər olmağınız... - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla