Yuxarı

Türkiyə şirkəti Vətən müharibəsi ilə bağlı serial çəkilir

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə şirkəti Vətən müharibəsi ilə bağlı serial çəkilir

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir.

Kult.az xəbər verir ki, bunu Report-a açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, Vətən müharibəsi ilə bağlı serialın çəkilişləri Türkiyənin məşhur "Bozdağ film" studiyası ilə birgə həyata keçirilir: "Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. İşlər tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci seriyanın bu il təqdimatı gözlənilir".

E.Əliyev qeyd edib ki, artıq ekran əsərinin işçi adı da məlumdur: "Amma serialın adını açıqlamaq hələ tezdir. Çünki dəqiq deyil. Serial Türkiyə və Azərbaycanın birgə əməkdaşlığının nəticəsidir. Ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Çalışacağıq ki, bu, əməkdaşlığımızın simvolu olsun".

Məlumata görə, serialın ilk bölümü bu il noyabrın 8-də - Zəfər Günündə yayımlanacaq.

Qeyd edək ki, "Bozdağ film" studiyası Türkiyənin "Quruluş Osman", "Dastan", "Mehmetçik" və s. bir sıra məşhur seriallarının istehsalçısıdır.

Tarix
2022.07.27 / 18:08
Müəllif
Kult.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla