Yuxarı

Xalq artisti “Ən yaxşı aktyor” adını aldı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti “Ən yaxşı aktyor” adını aldı

Xalq artisti Qurban İsmayılov “Tallinn Black Nights” Film Festivalında (PÖFF) “Ən yaxşı aktyor” nominasiyası üzrə qalib olub.

Kult.az xəbər verir ki, xalq artisti “Mərmər soyuğu” filmindəki roluna görə festivalda mükafata layiq görülüb. Bu barədə sosial şəbəkədə layihənin prodüserlərindən olan Fariz Əhmədov məlumat yayıb.

Xatırladaq ki, Asif Rüstəmovun rejissorluğu ilə lentə alınan ekran işi uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.

“Mərmər soyuğu”nda baş rolları xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əsgərov və aktrisa Natavan Abbaslı canlandırır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Baku Media Center və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.

Tarix
2022.11.27 / 12:14
Müəllif
Kult.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla