Yuxarı

Bakıda Türk Filmləri Həftəsi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Türk Filmləri Həftəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakıdakı Yunis Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılış mərasimi olub.

Kult.az xəbər verir ki, həftənin açılışı Semih Kaplanoğlunun “Bağlılık Hassan” filmi ilə başlayıb.

Türkiyə istehsalı olan “Bağlılık Hassan” filmi 2021-ci ildə Kann Film Festivalının “Un Certain Reard” kateqoriyası üzrə yarışa qatılıb. 94-cü “Oskar” mərasimində “Ən yaxşı beynəlxalq bədii film” nominasiyasında qalib olub.

Nümayişlər dekabrın 21-dək davam edəcək. Həftə ərzində İsmail Fidanın “Rafadan Tayfa Göbeklitepe”, Mustafa Uğur Yağcıoğlunun “Aşkin Ömrü”, Emir Khalizadehin “Adanış - Kutsal Kavga”, Özer Feyzioğlunun “İyi ki varsın Eren”, Kemal Uzunun “Ankara Yazı” və Mehmet Ada Öztekinin “7. Koğuştaki Mucize” filmləri böyük ekranlarda Azərbaycan altyazıları ilə göstəriləcək.

Tədbir çərçivəsində Türkiyə kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin Nizami Kino Mərkəzində nümayişi, həmçinin tanınmış Türkiyə kinorejissoru Semih Kaplanoğlunun iştirakı ilə azərbaycanlı gənc kinosevərlər üçün ustad dərsi təşkil olunacaq.

Tədbirlə əlaqədar olaraq, sözügedən filmlərin yaradıcı heyətləri də daxil olmaqla Türkiyənin tanınmış kinematoqrafçıları və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrindən ibarət heyət ölkəmizə səfər edəcək.

Film nümayişlərinə və ustad dərsinə giriş sərbəstdir.

Tarix
2022.12.17 / 20:40
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla