Yuxarı

Nazir Müşfiq Hətəmovun səlahiyyətini artırdı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Müşfiq Hətəmovun səlahiyyətini artırdı

"Mozalan" studiyasına yeni direktor təyin olunub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovun verdiyi məlumata görə, nazir Əbülfəs Qarayevin əmri ilə Əlisəttar Quliyev studiyaya yeni rəhbər gətirilib:

"Bir müddət əvvəl "Mozalan" studiyasına rəhbərlik Müşfiq Hətəmova həvalə olunmuşdu. Qısa müddətdə "Mozalan" studiyasında bir sıra islahatlar aparıldı, iki yeni film çəkildi, bu sahədə maddi-texniki baza gücləndirildikdən sonra rəhbərliyin əmri ilə studiyanın rəhbəri Əlisəttar Quliyev təyin olundu".

APA-ya açıqlama verən V.Şıxməmmədov qeyd edib ki, nazirin digər əmri ilə "Azərbaycanfilm" kinostudiyasının direktoru M.Hətəmova əlavə olaraq "Azanfilm" studiyasının direktoru vəzifəsinin səlahiyyətləri də həvalə olunub:

"Azərbaycanda yeni cizgi filmlərinin çəkilməsi, bu sahənin daha da inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu yeni tələblər var və həmin tələblərin icrası Müşfiq Hətəmova həvalə olunub".

Şöbə müdiri əlavə edib ki, bir müddət əvvəl "Azanfilm"in direktoru Fariz Əhmədov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Tarix
2015.11.12 / 16:22
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla