Yuxarı

“Azanfilm” hərəyə 500 manat verəcək

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azanfilm” hərəyə 500 manat verəcək

"Azanfilm" cizgi filmləri studiyası cizgi filmləri üçün "Mənim ideyam var" adlı qısa və orijinal süjetlər müsabiqəsi elan edir.

Studiyadan Axar.az-a verilən məlumata görə, müsabiqə "Azanfilm" studiyasının yeni inkişaf planına uyğun olaraq animasiya sahəsinə gənc yaradıcı qüvvələrin cəlb olunması, kiçik yaşlı tamaşaçılarda vizual zövqün formalaşdırılması, milli dəyərlərin təbliği məqsədilə keçirilir.

Qalib süjetlər əsasında çoxseriyalı cizgi filmlərin istehsalı nəzərdə tutulur.

Təqdim olunan süjetlərlə yanaşı müəllifin adı, soyadı, əlaqə telefonları və e-mail qeyd edilməlidir. İştirakçı müsabiqəyə süjet təqdim etməklə müəllif hüquqlarının ona məxsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq edir. Münsiflər heyəti tərəfindən müsabiqənin şərtlərinə cavab verən işlər arasından seçilmiş ən yaxşı süjet müəlliflərinin hər biri 500 manat məbləğində mükafatlandırılacaq.

Tarix
2016.01.15 / 18:32
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla