Yuxarı

Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir - Foto

Bu günlərdə “Azərbaycanfilm” kinostudiyasının həyətində hindistanlı aktyor Ajut Kumarın rol aldığı “Vidaamuyarchi” (Cəhd etmək) filminin çəkilişləri aparılıb.

Kult.az xəbər verir ki, filmin çəkilişləri “Film Bridge Azerbaijan” şirkətinə həvalə olunub.

Filmin prodüseri Emin Quliyev deyib ki, filmin çəkilişləri ötən ilin oktyabr ayında başlayıb, dekabrda fasilə verilib və indi yenidən davam etdirilir. Filmin bəzi kadrları Xızı, Qobustan, Ələt, Şamaxı ərazisində aparılıb.

İndiyədək 30-dan çox hind film layihəsini Azərbaycana gətirdiklərini söyləyən E.Quliyev söyləyib ki, onlar, ilk növbədə, məkanlara gəlib baxıblar:

“Layihəyə başlayanda seçimdə Birləşmiş Ərəb Əmirlikləri (Əbu-Dabi şəhəri), habelə Mərakeş və Azərbaycan var idi. Hər üç ölkəni gəzib Azərbaycanı seçdilər. Səhralığı Qobustanda və Xızıda lentə aldılar. Bədii filmin birinci hissəsində hadisələr bütünlüklə Azərbaycanı əks etdirir. Sonradan Gürcüstanda da çəkilişlər olmalı idi. Azərbaycana tam uyğunlaşdıqları üçün Gürcüstan səhnələrini də Azərbaycanda lentə aldılar. Filmi lentə alan şirkət Hindistanın cənubunda, Tamilnad ştatının Çennai şəhərində yerləşir”.

Azərbaycan Mədəniyyət Nazirliyinin ölkəmizin təbliği məqsədilə bu cür çəkilişlərin aparılmasına dəstək olduğunu söyləyən filmin prodüseri deyib ki, bu ekran əsərində bizim aktyorlardan xalq artisti Vidadi Həsənov, həmçinin Cavanşir Hadıyev, Tural Əhməd, Vüsalə Ağayeva və Svetlana Bulaxın rol alıb.

Qeyd edim ki, “Vidaamuyarchi” filmi rejissor Magizh Thirumeni tərəfindən lentə alınan döyüş filmidir. “Lyca Productions” və “Subaskaran Allirajah” tərəfindən istehsal olunur. Filmin Hindistanda premyerası 2024-cü ilin oktyabrında nəzərdə tutulub.

Tarix
2024.07.06 / 15:16
Müəllif
Kult.az
Digər xəbərlər

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla