Yuxarı

“Locarno”da iştirak edən filmimiz Bakıda – Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Locarno”da iştirak edən filmimiz Bakıda – Video

Azərbaycanlı rejissorlar Elvin Adıgözəl və Ru (Rüfət) Həsənovun çəkdiyi "Büqələmun" (Chameleon) filmi illər sonra ölkəmizdə, YARAT Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq.

Axar.az xəbər verir ki, film aprelin 5-də, saat 19:00-da Azərbaycan dilində göstəriləcək.

"Buqələmun" filmi iki gəncin – Əli ilə Nicatın təsadüfən bir-birinə rast gəlməsi haqqındadır. Hadisələr Azərbaycanın bir əyalət şəhərində cərəyan edir. Nicat buraya atasının vəfatından sonra ona miras qalmış evi satmaqdan ötrü gəlir. Atasının Əşrəf adlı bir köhnə dostu ona bu işdə kömək edir – evə müştəri tapır. Əli adlı həmin müştəri yeni bir vəzifəyə – yolçəkmə üzrə rəis müavini vəzifəsinə təyinat ilə bu şəhərciyə təzəlikcə gəlib, arvadı və balaca oğlundan ibarət ailəsini də buraya gətirmək fikrindədir, elə bunun üçün də onun daimi mənzilə ehtiyacı var. Onları birləşdirən də bu məsələdir. Filmin iki qəhrəmanı, sanki, öz rəngini dəyişən iki buqələmundurlar – onlar öz niyyətinə nail olmağı insani dəyərlərdən üstün tuturlar.

Xatırladaq ki, "Sədaqətli dostlar haqqında", "Dönüş", "O, dumanda" kimi filmlərin gənc rejissoru Elvin Adıgözəlin Ru Həsənovla birgə çəkdiyi "Buqələmun" filmi 66-cı Locarno Film Festivalında iştirak edib. Locarno Film Festivalı "A" kateqoriyalı (ən nüfuzlu) festivallar sırasına daxildir. Kann, Venesiya, Berlin film festivalları da bu kateqoriyaya aid edilir.

Tarix
2016.04.01 / 00:42
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla