Yuxarı

Ərdoğanın Gülüstan sarayında təbrik məktubu oxundu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın Gülüstan sarayında təbrik məktubu oxundu

Bu gün Türkiyə Respublikasının qurulmasının 102 illiyi münasibətilə Bakıda Gülüstan sarayında qəbul təşkil edilib.

Axar.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

"Qələbə tariximizin ən yüksək nöqtələrindən biri olan bu mühüm gündə sərhədlərimiz daxilində yaşayan 86 milyon vətəndaşımızın hər birini, Kipr türk xalqını və xaricdəki qardaşlarımızı 29 Oktyabr - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Eyni zamanda, sivilizasiyamızın bağını birlikdə becərdiyimiz, ortaq keçmişə və mədəni irsə sahib olduğumuz və sevincimizi bölüşdüyümüz bütün dostlarımıza öz adımdan və millətim adından minnətdarlığımı bildirirəm.

Türkiyə Əsri üçün hədəflərimizə uyğun olaraq, müdafiə sənayesindən və iqtisadiyyatdan təhsilə, kənd təsərrüfatına, turizmə, enerjiyə və xarici siyasətə qədər hər sahədə cığır açan irəliləyişlər edirik.

Eyni zamanda, 86 milyon insanımızın sülh, təhlükəsizlik, əmin-amanlıq və rifah içində yaşayacağı terrordan azad bir Türkiyəyə doğru qətiyyətli addımlar atırıq", - Ərdoğanın məktubunda qeyd olunub.

Tədbirdə Azərbaycan Milli Məclisinin sədri Sahiba Qafarova çıxış edib və təbriklərini çatdırıb.

Qəbulda millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı diplomatları, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak edib.

Tarix
2025.10.29 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla