Yuxarı

“Sərkisyanın mesajları şirin yuxu kimi qalacaq”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan öz ərazisi­ndə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O bildirib ki, Azərbaycan dövləti heç zaman ərazisinin bir qarışının da qoparılmasına razı olmayacaq:

"Ona görə də, Sərkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq. Dünya heç zaman Azərbaycanın razılığı olmadan onun bir qarış torpağının qoparılmasına razı olmayacaq. Azərbaycan mübarizəsini bu prinsiplər əsasında aparır və Ermənistan ilə danışıqlara da bu prinsiplər əsasında gedir. Hesab edirəm ki, Sərkisyan belə bir açıqlama veribsə, o zaman açıq şəkildə danışıqlardan çıxdığını bəyan etməlidir. Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı çərçivəsində beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirilir. Ermənistanın bu bəyanatı danışıqlara ziddir".

O xatırladıb ki, gələn ay xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilir:

"Onlar prezidentlərin görüşünü təşkil etmək kimi vacib işlə məşğul olacaqlar. Belə açıqlamalarla Sərkisyan görüşdən imtina etdiyini bildirir".

Tarix
2016.11.21 / 13:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla