Yuxarı

Azərbaycanın bu addımı dünyada əks-səda doğuracaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesi başlamalıdır.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Asim Mollazadə Milli Məclisin, Qüdrətli Azərbaycan Naminə İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə hazırladığı “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlaması dünyada böyük əks-səda doğuracaq.

Məsələyə daha real prizmadan yanaşmağı təklif edən deputat Azərbaycanın bu məsələdə gecikdiyini qeyd edib.

“BMT Təhlükəsizlik Şurasının bununla bağlı hansısa addım ata biləcəyinə bizim ümidimiz yoxdur. Amma beynəlxalq məhkəmə cinayətkarları cəzalandıra bilər. Ölkəmiz beynəlxalq hüquqşünasların iştirakı ilə Azərbaycanda belə bir məhkəmə prosesinin keçirilməsinə nail olmalıdır. Hazırda 38 erməni cinayətkarı Ermənistanda və Rusiyada yaşayır. Azərbaycan Rusiya ilə imzaladığı sazişə istinad edərək bu cinayətkarların Azərbaycana təhvil verilməsinə nail olmalıdır. Bu gün yenə də Rusiya və Ermənistan hərbi qüvvələri birləşib. Xocalı soyqırımında da Rusiyanın 366-cı alayı iştirak edib. Ancaq biz heç yerdə bunu tələb etmirik. Azərbaycan Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlasa, bunun dünyada böyük əks-sədası olar”.

Qeyd edək ki, sözügedən mərasimdə Milli Məclisdə soyqırıma məruz qalmış insanlarla bağlı yeni qanun layihəsinin hazırlandığı qeyd olunub.

Tarix
2016.11.29 / 14:51
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla