Yuxarı

Bakının inkişafı böyük maraqla qarşılandı - Dahqan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Pakistan arasında yüksək siyasi əlaqələr və strateji tərəfdaşlıq münasibətləri mövcuddur, ölkələrimiz arasında əlaqələr ildən-ilə genişlənərək bütün sahələri əhatə edir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Axar.az-a bildirilib ki, bu sözləri iyul ayının 27-də nazirlikdə Pakistan İslam Respublikasının Ticarət katibi Məhəmməd Yunus Daqhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov deyib.

Nazir müavini ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin bu əlaqələrə xüsusi təkan verdiyini söyləyib və iqtisadi əlaqələrin bir qədər də dərinləşdirilməsi zərurətini vurğulayıb.

Bildirib ki, Azərbaycanda vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergiödəyicilərinin hüquqlarının və vergi potensialının genişləndirilməsi, eyni zamanda investisiyaların cəlb edilməsi istiqamətində bu il Vergi Məcəlləsində dəyişikliklər edilib.

Nazir müavini nəzərə çatdırıb ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviqi, dürüst və şəffaf uçotun qurulmasıdır.

Ölkəmizin vergi sistemində aparılan modernləşmə prosesi ilə bağlı qonağı ətraflı məlumatlandıran S. Məmmədxanov bildirib ki, Vergilər Nazirliyi tərəfindən aparılan islahatlar nəticəsində Azərbaycan biznesə başlama meyarları sahəsində Dünya Bankının hesabatında yüksək göstəriciyə layiq görülüb.

Pakistan İslam Respublikasının Ticarət katibi Məhəmməd Yunus Daqha Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişafın böyük maraqla qarşılandığını, iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin iqtisadi müstəviyə keçirilməsinin zəruriliyini qeyd edib, ticari və iqtisadi potensialın yüksək olduğunu söyləyib və Azərbaycan-Pakistan investisiya forumunun iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da genişləndirilməsi baxımından faydalı olacağını qeyd edib.

Vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirən qonaq vergi güzəştlərinin təyin edilməsi, qeyri-neft sektorunun vergiyə cəlb olunması, biznes, investisiya mühitinin yaxşılaşdırlması, vergi rejiminin təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də kiçik və orta sahibkarlığa dəstək məsələlərini doğru hədəflər kimi vurğulayıb.

Məhəmməd Yunus Daqha hər iki ölkənin vergi və gömrük xidmətləri arasında əlaqələrin dərinləşdirilməsi, təcrübə mübadiləsi aparılmasının da vacibliyini diqqətə çatdırıb.

Görüşdə yaxın gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2017.07.27 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla