Yuxarı

Rusiya planı: ABŞ-ı zəiflətmək üçün imkan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hüquqi-siyasi baza formalaşdırmadan Şimali Koreyaya qarşı hərbi əməliyyatlara başlamaqla siyasi məsuliyyət yarada bilər.

Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloqun sözlərinə görə, ABŞ Şimali Koreyanı bəlli bir qırmızı xəttin içərisinə çəkilməyə məcbur etmək istəyir, ancaq bunun üçün lazımı hüquqi-siyasi bazanı formalaşdıra bilmir:

“Dünyadan təcrid olunmasına baxmayaraq, Rusiya və Çin Şimali Koreyaya nəfəslik açır, hətta açıq dəstəkdən çəkinmir. Dünya çox çətin bir dönəmdən keçir. BMT kifayət qədər müstəqil siyasət yeridir və ABŞ-ın istəkləri ruhunda addımlar atmır. BMT-nin xüsusi qərarı olmadan Şimali Koreyaya qarşı hərbi əməliyyatların başlanması o qədər də uyğun nəticələrə gətirib çıxarmaz. İraq təcrübəsi bunu əyani surətdə ortaya qoyur. Ancaq ox yaydan çıxıb, ABŞ Şimali Koreyanın nüvə silahına can atmasına mane olacağını qarşısına bir məqsəd kimi qoyub. Əgər Vaşinqton bu mövqeyindən geri çəkilsə, bu, ABŞ-ın imicinə böyük zərbə vuracaq. Yəni ABŞ sıradan bir dövlət səviyyəsinə enə, hətta müttəfiqləri və dünya qarşısında öz nüfuzunu itirə bilər. Yəni ABŞ-ın geriyə yolu yoxdur və başlatdığı prosesi sona qədər aparmağa məcburdur. Amerika dövlətçiliyinin prestiji də bunu tələb edir. Ancaq ABŞ hüquqi-siyasi baza formalaşdırmadan Şimali Koreyaya qarşı hərbi əməliyyatlara başlamaqla siyasi məsuliyyət yarada bilər. Bu, Trampa da çox ağır bir zərbə vura bilər. Ancaq indi məsələ o yerdədir ki, ABŞ öz yolunda əsas maneə kimi Rusiya və Çini görür. Bu iki dövlət də Şimali Koreyanı ABŞ-a qarşı qaldırmaqla bundan öz məqsədləri üçün yararlanmaq istəyirlər. Göründüyü kimi qarşıdurma təfəkkürü o dərəcəyə gəlib çıxıb ki, bəşəriyyət az qala III Dünya müharibəsinin astanasındadır və kiçik bir qığılcım bu savaşı körükləyə bilər”.

Politoloqun fikrincə, dünyada qarışıqlıq yaradan nüvə silahlarının sözügedən dövlətlərin hər birində olması onlara müəyyən edilmiş qırmızı xətti keçməyə imkan vermir:

“Ancaq bu qeyri-müəyyənlik uzun müddət davam edə bilməz. Üstəlik, uzun müddətdir ki, Şimali Koreyanın BMT-dəki nümayəndəsi ilə ABŞ arasındakı danışıqlar da heç bir nəticə vermir. Hesab edirəm ki, bu məsələdə ən böyük məsuliyyət Rusiya və Çinin üzərinə düşür. Bu iki dövlət istəsə, məsələnin diplomatik yolla həllinə nail ola bilər. Ancaq Moskva və Pekin tamamilə əks mövqedədir və ABŞ-ın zəiflədilməsi ilə fövqəl-dövlət statusuna nail olmağı hədəfləyirlər”.

Tarix
2017.08.16 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla