Yuxarı

Sərkisyan qorxduğu üçün belə bir addım atdı – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçılarla ya hərbi güclə, ya da onları qapının ağzına qoymaqla danışmaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Sergey Minasyanın Ermənistanın Rumıniyadakı səfiri təyin olunmasına münasibət bildirən Elxan Şahinoğlu deyib. Siyasi təhlilçi Ermənistan Prezidenti Serj Sərkisyanın qorxdudan belə bir addım atdığını qeyd edib:

“Sərkisyan Ermənistanda məşhur analitik Sergey Minasyanı Gürcüstana səfir təyin etmək istəyirdi. Ancaq rəsmi Tiflis aqreman vermədi, bu təyinatın əleyhinə çıxdı. Tiflisin iki arqumenti var idi. Birinci arqumenti bu idi ki, Sergey Minasyan Gürcüstanda erməni separatçılarını dəstəkləyir, Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı ələ keçirməsinə haqq qazandırır. İkinci arqument də sadə idi: Minasyan rusiyapərəstdir. Bu iki arqumentin qarşısında separatçı prezident Serj Sərkisyan təslim olmaq məcburiyyətində qaldı və o, Minasyanı Ermənistan üçün vacib ölkə olan Gürcüstana deyil, Rumıniyaya səfir təyin etdi. Ermənilər deyir ki, Minasyan Buxaretsdə turist qismində olacaq, çünki Ermənistanla Rumıniya arasındakı münasibətlər sıfır səviyyəsindədir. İrəvana yaxşı dərs oldu. Separatçılarla ya hərbi güclə, ya da onları qapının ağzına qoymaqla danışmaq lazımdır”.

Qeyd edək ki, Ermənistan Gürcüstandakı səfiri vəzifəsinə bu ölkənin Respublikaçılar Partiyasının üzvü, keçmiş deputat Ruben Sadoyan gətirilib.

Bundan öncə Emənistan hakimiyyəti bu vəzifəyə Sergey Minasyanı təyin etmişdi. Ancaq rəsmi Tiflis Minasyanın rusiyayönlü olduğunu və Gürcüstana qarşı çıxışlar etdiyini əsas gətirərək ona aqreman verməyib.

Sergey Minasyan Ermənistanın Rumıniyadakı səfiri təyin olunub.

Tarix
2017.11.18 / 10:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla