Yuxarı

Bakının BMT-də Qüds qərarı: təzyiqlərə baxmayaraq...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənardan müxtəlif təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycan prinsipial siyasətinə və beynəlxalq hüquq normalarına riayət edərək Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verdi.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Poitoloqun sözlərinə görə, bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür və beynəlxalq məsələlərin həllinə dair mövqeyini ardıcıl şəkildə müdafiə edir:

“Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz. Bir çox islam ölkələri, o cümlədən türkdilli dövlətlər tədbirdə aşağı səviyyədə təmsil olunsalar da, Azərbaycan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunaraq məsələ ilə bağlı konkret mövqe nümayiş etdirdi. Bakıda “2017 - İslam Həmrəyliyi İli” dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransın yüksək auditoriya toplaması Azərbaycanın dünyada islam həmrəyliyinə verdiyi mühüm töhfələrin nəticəsidir.

Azərbaycanın mühüm beynəlxalq məsələlərin həllində nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə bəxş etdiyi əməli töhfələrin bariz nümunəsidir”.

Qeyd edək ki, BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamasının lehinə 128, əleyhinə 9 səs olmaqla qətnamə qəbul olunub. Səsvermədə 35 ölkə bitərəf qalıb.

Tarix
2017.12.22 / 17:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla