Yuxarı

Əfv sərəncamı imzalanacaq - Spiker

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 1-dən bu günə qədər 4 min insan cəzasının yüngülləşdirilməsi məqsədilə müvafiq qurumlara müraciət edib.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O, bildirib ki, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə prezidentin sərəncamından sonra Milli Məclis sədrinin tapşırığı ilə araşdırma aparıb.

Komitə sədri deyib ki, bu müraciət əsasında 479 məhkum həbsdən azad edilib:

“585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 nəfərin cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda 1700 təqdimat mövcuddur və 5 mindən çox məhkumun müraciətinin qeydiyyata alınması nəzərdə tutulur. Qanunun icrasından sonra 1500-ə yaxın şəxsin azadlığa buraxılması və minlərlə şəxsin cəzasının yüngülləşdirilməsi gözlənilir. Bu, faktiki olaraq amnisitya aktına bərabər qanundur”.

Milli Məclsisin sədri Oqtay Əsədov isə qeyd edib ki, yaxın günlərdə Azərbaycan prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq:

“Bu yaxınlarda Azərbaycanda böyük sayda insanların əfv edilməsi gözlənilir. Doğrudur, bu, cənab Prezident İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir. Əminik ki, bu əfv sərəncamı imzalanacaq”.

Tarix
2018.02.23 / 13:28
Müəllif
Nemət
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla