Yuxarı

Mehdiyev sərt tənqid etdi və mühüm anons verdi - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:06

Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edən zaman bildirib.

R.Mehdiyev ölkə başçısının Miqrasiya Xidmətinin fəaliyyətinə müəyyən iradlar tutduğunu və bunların tezliklə aradan qaldırılmasının vacibliyini bildirib:

"Cənab Prezident hesab edir ki, Miqrasiya Xidmətində şəffaflıq, təmizlik olmalı, rüşvətxorluğa son qoyulmalıdır. Elə olmasın ki, bu neqativliklər baş versə, aidiyyəti insanlar məsuliyyətə cəlb olunsun. Miqrasiya Xidməti Azərbaycanın qapısıdır və ölkəmizə hörmət gətirməlidir. Əgər hörmət gətirmirsə, belə qurum Azərbaycana lazım deyil".

Daha sonra R.Mehdiyev ATV-yə açıqlamasında gənc kadrların təyinatını mühüm məsələ adlandırıb:

"Bildiyiniz kimi, son günlər Prezidentin sərəncamı ilə gənclər müxtəlif yüksək vəzifələrə təyin olunublar. Etimad böyükdür, Azərbaycan yeni səhifə açır, yeni dövrə başlayır. Bunun üçün yeni dövrü bilən, müasir düşüncəli insanlar, yeni qüvvələr gəlməlidir".

Tarix
2018.04.24 / 22:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla