Yuxarı

Bakının bu əməliyyata haqqı var, Nikol isə deyir ki... - Xaçatryan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan ABŞ dərsliklərini o qədər oxudu, düşərgələrində o qədər təlim keçdi ki, beynəlxalq miqyasda təxribatçıya çevrildi. O, gah Rusiya və KTMT-yə sədaqət andı içir, eyni zamanda bu təşkilatın baş katibini həbs edir və onu rüsvay edir, gah da KTMT ölkələrinin üzərinə mövcud olmayan öhdəliklər qoyur.

Axar.az xəbər verir ki, bu sözlər erməni politoloq Artyom Xaçatryanın “shame.am” saytında dərc olunan məqaləsində yer alıb.

“Əminəm: KTMT Azərbaycanı Qarabağ münaqişəsini güc yolu ilə həll etmək fikrindən daşındırmaq iqtidarındadır. Bu bizim üçün strateji əhəmiyyətli məsələdir”, - Paşinyan bildirib.

Faktiki olaraq xalqın baş nazirinin ABŞ təlimatlarını yerini yetirdiyini görürük. O, KTMT-nın diskreditasiyası və Rusiyaya yeni problem yaratmaq üçün güc və enerjisini əsirgəmir, ancaq Rusiya və KTMT-dan onların öhdəlikləri sırasına daxil olmayan şeylər istəyir. Bununla da kifayətlənmir, erməni xalqının baş nazirinin tələb etdiyi mövcud olmayan öhdəliklərin icra olunmayacağı halda KTMT və Rusiyadan “incimək” hüququnu da özündə saxlayır.

Nikol Paşinyanın düşüncələri nə anlama gəlir? Beləliklə, KTMT – elə bir təşkilatdır ki, üzvləri bir-birinə hərbi dəstək göstərmək öhdəliyi daşıyır. Başqa sözlə desək, təşkilata üzv hər hansı bir ölkəyə qarşı təcavüz olarsa, müharibəyə qoşulmaq öhdəlikləri var. Nikol Paşinyan da bunu yaxşı bilir və bu, mübahisə predmeti deyil. Dağlıq Qarabağa gəldikdə isə beynəlxalq ictimaiyyət elə Ermənistanın özü kimi onun müstəqilliyini tanımır. Beynəlxalq hüquqa əsasən, Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən işğal edilib. Elə həmin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü hərb yolu ilə bərpa etmək və bu mövzuda beynəlxalq ictimaiyyətin köməyinə arxalanmaq haqqına sahibdir.

Təbii ki, Nikol Paşinyan bunu da çox gözəl anlayır. Bəs o nə danışır? ABŞ-ın təşəbbüsü ilə baş katibini həbs etdiyi KTMT-ni nəyə sövq edir? Bütün bunlar təxribat xarakterli bəyanatlar deyilsə, bəs nədir?

Nikol Paşinyan – Arsen Torosyan, yəni “debil” deyil. O, Azərbaycanı hərbi fəaliyyətə kimin sövq etdiyini və kimin bunun qarşısını ala biləcəyini çox gözəl bilir. Bu, Dördgünlük aprel müharibəsinin təşəbbüskarı Amerika Birləşmiş Ştatlarıdır. Həmin vaxt ABŞ-a Moskvanın Suriyadakı fəallığını aşağı salmaq üçün daha bir başağrısı lazım idi. Qeyd etdiyimiz kimi, Nikol Paşinyan bu barədə də bilirdi, ancaq öz qəzetində Aprel müharibəsinə görə Rusiyanı günahlandırırdı.

Bu gün isə Nikol Paşiyan KTMT-dən heç də təşkilatın müttəfiqlik öhdəliklərinə daxil olmayan müdafiə tələb edir. Bunun əvəzində təşkilatın diskreditasiyası ilə məşğul olur. O, həmçinin KTMT üzv dövlətlərin mövcud olmayan öhdəliklərini yerinə yetirməyəcəkləri halda bunu kifayət qədər pis qəbul edəcəyinə və yenidən “dəcəllik”lərinə başlayacağına işarə vurur. Bu tamamilə sırtıqlıq və həyasızlıqdır. Beynəlxalq arenada özünü bu cür aparmaq olmaz. KTMT İrəvan deyil ki, Paşinyan öz sürüsünü məclisə yönəltsin. Bura daha ciddi qurumdur. Sırtıqlığı bir kənara qoymaq və özünü KTMT-də ədəbli aparmaq lazımdır. Bununla da hər şey yaxşı olacaq. Ancaq Paşinyan bunu bacaracaqmı? Güman ki, yox. Bu onun gücündən artıqdır, çünki o, sümük iliklərinə qədər kəndçidir.

Qeyd:

Daha bir vəziyyətə diqqət yetirmək gərəkdir. Məsələ burasındadır ki, Paşinyan KTMT-də öz eqosentrizmini nümayiş etdirmək istəyir. Yəni əgər Azərbaycan Ermənistanın düşmənidirsə, Paşinyan bütün KTMT ölkələrinin Azərbaycana düşmən olmasını tələb etməyə çalışır. Onlardan Bakıya silah satılmamasını, boykot edilməsini istəyir. Nəzərə almır ki, bu ölkələrin nəinki Azərbaycanla heç bir problemi yoxdur, eləcə də onlardan bəziləri azərbaycanlılarla eyni etnosa aiddir. Bu düzgün yanaşma deyil, dünyanı Ermənistan və onun rəhbəri ətrafında fırlanmağa məcbur etmək, hətta bunu arzulamaq da olmaz. Bu gülməli və bir o qədər də effektsiz yanaşmadır.

Tarix
2018.12.10 / 12:51
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla