Yuxarı

İlham Əliyevi ermənilər niyə sevmir? – Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevi ermənilər niyə sevmir? – Video

İlham Əliyevi ermənilər niyə sevmir?

Axar.az xəbər verir ki, bu sualın cavabını Yutub sosial şəbəkəsində “A•shot NEWS 2” kanalı tapmağa çalışıb. Kanal hazırladığı videoda ilk olaraq Ermənistan liderlərinin Azərbaycanla bağlı 90-cı illərdə verdiyi proqnozlara diqqət yetirib:

“Dağlıq Qarabağın və Dağlıq Qarabağ ətrafındakı digər rayonların işğalından sonra Ermənistan rəhbərliyi ermənilərə xoşbəxt həyat və Azərbaycanın tezliklə parçalanacağı vədini verdi. Lakin hər şey tamam əksinə doğru baş verdi. Ermənistan iqtisadiyyatı ölüm çırpıntılarındadır, ermənilər kütləvi şəkildə ölkəni tərk edirlər. Azərbaycanın necə olmasına özünüz baxın...”

Bundan sonra hazırlanan video çarxda Prezident İlham Əliyevin “Rossiya” televiziyasına verdiyi müsahibədən parçaya yer verilib. Belə ki, bu parçada Prezident Azərbaycanın iqtisadi baxımdan hansı vəziyyətdə olduğunu, ölkənin ümumdaxili məhsulu, valyuta ehtiyatları və s. barədə rəqəmləri açıqlayır.

Daha sonra çarxda rusiyalı ekspertin Azərbaycanla bağlı açıqlamasına yer verilib. Prezidentin Davos Forumunda çıxışı və görüşlərinə diqqət yetirən ekspert bunun böyük dövlətlərin Azərbaycanla əlaqədə necə maraqlı olduğunu göstərdiyini deyib. Bununla bərabər o, Prezidentin Çindəki “Bir yol, bir kəmər” layihəsinə həsr edilən konfranda iştirakından bəhs edərək, Azərbaycan liderinin buradakı çıxışının Bakının ölkəni beynəlxalq qovşağa çevirməyi hədəfləməsini sübuta yetirdiyini bildirib. Ekspert buna əlavə olaraq, Azərbaycanın dünyada Qərb-Şərq və Şimal-Cənub beynəlxalq layihələrində iştirak edən yeganə dövlət olduğunu söyləyib.

Axar.az həmin video-çarxı təqdim edir:

Tarix
2019.10.12 / 14:59
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə...

Prezident Türkmənbaşıda tədbirdə iştirak edir - Foto

Prezident “Avaza” Kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla