Yuxarı

120 ölkə Bakının mövqeyini dəstəklədi - PA rəsmisi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
120 ölkə Bakının mövqeyini dəstəklədi - PA rəsmisi

Bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirildi. Bu qanunsuz seçkilər beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.

“Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstək göstərildi. Bu seçkilərin qeyri-qanuni xarakter daşıdığı və onun tanınmadığı bir daha vurğulandı. Burada biz xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən ifadə olunan mövqeyi qeyd etmək istərdik. Yəni 120 dövlət yekdilliklə Azərbaycanın mövqeyini, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədi”, - H.Hacıyev qeyd edib.

Tarix
2020.04.08 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla