Yuxarı

Əliyev Putinin bu sözü ilə kimə mesaj verdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2018-ci ildəki kimi Ermənistana şans verməməli, hazırda bu ölkədə yaşanan siyasi böhrandan maksimum dərəcədə istifadə etməlidir. Hazırda rəsmi İrəvanda Bakıya müqavimət göstərə biləcək siyasi iradə və qüvvə yoxdur. Maksimum dərəcədə bu ölkəyə qarşı təsir vasitələrindən istifadə etmək lazımdır.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin toxunduğu məqamlar haqda danışarkən deyib.

O bildirib ki, hazırda Ermənistanda anarxiya hökm sürür:

“Ölkədə siyasi sabitlik yoxdur. Hakimiyyət, müxalifət çəkişməsi pik həddədir, dövlət idarəçiliyini zəiflədib. Hətta sadə xalq belə dövlətin siyasi iradəsini tanımayaraq, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında nəzərdə tutulmuş müddəları yerinə yetirmək istəmir və buna qarşı çıxır.

Təsadüfi deyil ki, ölkə başçısı bu acınacaqlı vəziyyəti görərək, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi “Ermənistanın Bəyanatın şərtlərini yerinə yetirməməsi onun üçün intihar olar” fikrini MDB Dövlət başçıları Şurasının toplantısında bir daha xatırlatdı. Həqiqətən də erməni xalqının bu gün sərhəd ərazilərində etirazları əbəs və təhlükəlidir. Bəhs etdiyim təhlükə onların dövlətləri üçün realdır. Azərbaycan bu və digər yolla Bəyanatın bütün tələblərini icra edəcək. Erməni xalqının etirazı isə özünəqəsddir və bunun onlar üçün ağır nəticələri ola bilər”.

Tarix
2020.12.19 / 09:09
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla