Yuxarı

Oreşkin: Bu, Putin üçün ölüm deməkdir! - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oreşkin: Bu, Putin üçün ölüm deməkdir! - Video

09:00

Rusiya Prezidenti Vladimir Putin müəyyən mənada istədiklərinə nail olub, amma nəticə, yəqin ki, onu həddindən artıq məyus edəcək. Putin istəyirdi ki, onu təhlükəli marginal hesab edən Qərb onunla danışsın, Qərb isə sanksiyalar dilində danışmağa başladı.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Dmitri Oreşkin yazıb.

Onun sözlərinə görə, Qərb yüksək iqtisadi standartlara, hüququn aliliyinə və insan ləyaqətinə hörmətə əsaslanan həyat modelini təklif etməklə Putini çox qıcıqlandırır:

"Bir çox ölkə həmin yolu seçməklə Rusiyanın təsir dairəsindən kənarda qalır. Belə ölkələr sırasında Ukrayna da var. Bütün bunların fonunda Putin və Rusiya əhəmiyyətini itirir. Rusiya liderinin özünə diqqət çəkmək istəyi də buradan qaynaqlanır. Putin ikinci dərəcəli ölkənin lideri kimi davranır: onunla danışmağa məcbur edən problemlər yaradır. O, hesab edir ki, bu, həm onu, həm də onun ölkəsini alçaldır, ona görə də hansısa yolla hamıya cavab verməyə çalışır".

Oreşkin, həmçinin bildirib ki, Putin Ukrayna ilə müharibəyə başlamayacaq, çünki onun özünü qoruma instinkti çox inkişaf edib və o anlayır ki, müharibə həm Rusiya, həm də şəxsən onun özü üçün yüz faizlik ölüm deməkdir.

Tarix
2021.05.03 / 13:26
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla