Yuxarı

İranın bu ölkədə təsirini azaltmaq üçün... – Türk ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın bu ölkədə təsirini azaltmaq üçün... – Türk ekspert

Bu görüşün önəmi ondan ibarətdir ki, Türkiyə Əfqanıstanda konstruktiv rol oynamaqla bölgənin sabitliyinin və Əfqanıstanda radikal cihadçı sələfi ünsürlərinin güclənməsinin qarşısını almaq istəyir.

Bu sözləri Axar.az-a türk hərbi ekspert Həsən Məsut Öndər Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttakinin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Xorosan qrupunun hava limanında həyata keçirdiyi əməliyyatı nəzərə alarsaq, radikal meyillərin əsası olduğu görünür:

“Türkiyənin Talibanın sistemə inteqrasiya olması ilə bağlı təklifləri olacaq. Başqa bir məsələ İranın həm Yaxın Şərqdə, həm Qafqazda, həm də Əfqanıstanda sabitliyi pozan təsirlərinin müzakirəsinin mümkünlüyüdür. Onun Azərbaycan sərhədində həyata keçirdiyi təlimi göstərdi ki, gələcəkdə daha aqressiv bir siyasət nümayiş oluna bilər. İran həmçinin Əfqanıstanda yaşayan şiə əhalisi vasitəsilə idarə oluna bilməyən bir Əfqanıstanı hədəf də ala bilər”.

Ekspertin fikrincə, İranın xarici siyasətinin əsasını idarə olunan xaos mühiti yaratmaq və onun nümayəndələrinin yerli və regional sistemdə güc qazanmasını təmin etmək təşkil edir:

“Bu görüşdə Əfqanıstanın gələcəyi, mülayim bir aktor olaraq Talibanın beynəlxalq qanunvericiliyi necə təmin edəcəyi və hansı idarə üsulu seçəcəyinin müzakirəsi mümkündür. Görüşdə müzakirə olunacaq başqa bir mövzu çox guman ki, İranın şiə əhalisi üzərindəki təsiri olacaq”, – deyə mütəxəssis bildirib.

Tarix
2021.10.15 / 08:45
Müəllif
Rəfiqə Məmmədzadə
Digər xəbərlər

Diplomatiyada tarixi və diqqətçəkən dönüş nöqtəsi...

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla