Yuxarı

Əcəmyan: Zəngəzur Bakının nəzarətinə keçəcək - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:00

Bu günlərdə Ermənistanda bir qrup insan indiki hakimiyyətə qarşı etirazlar keçirir, Paşinyan və onun komandasını devirmək istəyir, guya bunların hamısı Ermənistan naminə edilir. Amma gözüaçıq cəmiyyətin üzvləri tam olaraq anlayır ki, bu etirazların arxasında duran sərkisyançılar, köçəryançılar, qərbyönlülər, ruspərəstlərin ən əsas məqsədi taxtdır.

Axar.az xəbər verir ki, bu fikirləri Ermənistanın Respublikaçılar Partiyasının üzvü Karine Əcəmyan bildirib.

“Erməni xalqı avam, axmaq xalq deyil. Nəyin necə olduğunu biz ilk gündən görürük. Hamımız anlayırıq ki, bütün bu baş verənlər yaxın gələcəkdə azərbaycanlılar və türklərin İrəvan küçələrində rahat dolaşacaqlaqlarından, Qarabağ və Zəngəzurun isə tam olaraq Bakının nəzərəti altında olacağından xəbər verir. Bu prossesi dayandıra biləcək heç nəyimiz yoxdur. Xalqımız müharibə istəmir. Məhz bu səbəbdən o yuxarıda adların çəkdiyimiz robertçilər, serjçilər heç nəyə nail ola bilməyəcəklər. Biz anlayırıq ki, Nikol nə qədər zəif siyasətçi olsa da, respublikasını tam olaraq yoxa çıxmaqdan qoruya biləcək”, - deyə Əcəmyan bildirib.

Erməni siyasətçinin sözlərinə əsasən, hazırda Ermənistanda Qərbin müəyyən gücləri tərəfindən planlar hazırlanır: “Hər şeyə hazır olmalıyıq...”.

Tarix
2022.04.21 / 17:03
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı

İlham Əliyev onu təbrik etdi

Qəzada ölən Abdullahianın tərcümeyi-halı

Bakıda İran bayrağı endirildi - Foto

Abdullahian ölümündən dəqiqələr öncə... - Son fotosu

Bu xəbər məni dərindən sarsıtdı... - Bayramov

AB İrana başsağlığı verdi

Rəsmi Bakı İrana başsağlığı verdi

İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verdi

Dəhşətli qəza: İran bu ölkələrə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla