Yuxarı

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (RF XİN) Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaların, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının, regionda nəqliyyat kommunikasiyalarının açılmasının və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Axar.az xəbər verir ki, bu barədə RF XİN kollegiyasının “Cənubi Qafqazda Rusiya maraqlarının inkişafı haqqında” mövzusunda iclası barədə mediaya verilən məlumatda deyilir.

Qeyd edilib ki, Rusiya üçün prioritet Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunması olub və indi də belədir. Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmaların, o cümlədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının tam həyata keçirilməsinə nail olmağa davam etməyin zəruri olduğu vurğulanıb.

İclas zamanı bölgənin koordinasiyasının və özünü təmin etməsinin gücləndirilməsi problemləri, ilk növbədə xaricdən müdaxilə olmadan bölgələrin özləri tərəfindən həll edilməsi maraqları baxımından nəzərdən keçirilib. Bu kontekstdə “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) Regional Məşvərət Platformasının potensialından istifadənin xüsusi əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə əməli addımların atılması nəzərdə tutulub.

Tarix
2024.04.23 / 21:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla