Yuxarı

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay ABŞ Konqresinin üzvləri ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə edib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə parlamentari jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tərəflər ikitərəfli məsələlər barədə də danışıblar: “ABŞ ilə ortaq maraqlarımızla yanaşı, fikir ayrılıqlarımız da var”.

Onun sözlərinə görə, tərəflər, həmçinin terrorla mübarizə barədə danışıblar: “ABŞ YPG/PKK terror təşkilatına dəstəyi dayandırarsa, ikitərəfli münasibətlərdə yeni səhifə açıla bilər. Həmçinin Qəzzadakı durumla bağlı da fikir ayrılıqlarımız var. Qəzzadakı vəziyyət müzakirələrimizin əsas mövzularından idi. Yaxın Şərqdəki müharibəni dayandıra biləcək güclərdən biri ABŞ-dir. Bu səbəbdən də İsrail üzərindəki təzyiqi artırmalıdır”.

Şərqi Avropadakı müharibə barədə danışan F.Oqtay qeyd edib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir:

“Biz həm Rusiya, həm də ABŞ ilə müzakirələr aparırıq. Rusiya ilə Ukraynanı yenidən danışıqlar masası arxasına gətirmək üçün çalışırıq. Həmçinin təktərəfli sanksiyaları düzgün saymırıq”.

Tarix
2024.05.04 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Prezidentlər Şuşaya getdilər - Foto

Koreya səfiri ADU-nun qonağı oldu - Foto

İranda yeni səfirlik binası və Bakıya qarşı yeni təhdidlər...

Bakı və İrəvan arasında razılaşmanı alqışlayırıq - AB

Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla