Yuxarı

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirak və çıxış edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

İƏT çərçivəsində birlik və əməkdaşlığın təşviqi istiqamətində uğurlu sədrlik təcrübəsi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edən nazir Ceyhun Bayramov, İƏT sədrliyini təhvil alan Qambiyanı təbrik edərək, İslam həmrəyliyinin daha da gücləndirilməsi və irəlilədilməsi fəaliyyətində uğurlar arzulayıb.

Sammitin mövzusu “Daha Yaxşı Gələcək üçün Birlik və Əməkdaşlığ”a uyğun olaraq, ölkəmizin BMT və İƏT-in Nizamnamələri, habelə İslam dünyası üçün ortaq maraqlar əsasında mövcud çağırışlarla mübarizədə həmrəyliyi dəstəklədiyi diqqətə çatdırılıb.

Bu kimi çağırışlardan ən təhlükəlisi olan əsassız islamofobiya meyilləri, habelə müqəddəs Qurani-Kərimin yandırılma aktları ilə mübarizədə islam dini və mədəniyyətinin düzgün təşviqinin əhəmiyyəti qeyd olunub.

Öz multikultural ənənə və təcrübəsindən irəli gələrək, ölkəmizin müxtəlif din və mədəniyyətlər arasında daha tolerant və dayanıqlı dünya quruculuğunu dəstəklədiyi bildirilib.

Hazırda bütün islam dünyasını dərindən narahat edən Fələstin məsələsi ilə bağlı ölkəmizin “iki dövlət” prinsipi əsasında həll yolunun tərəfdarı olduğu, habelə münaqişənin Fələstin xalqı üçün ağır humanitar nəticələrinin aradan qaldırılması üçün davamlı dəstək göstərdiyi qeyd edilib.

Sonda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə ölkəmizin bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub, dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib.

Tarix
2024.05.04 / 23:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

İlham Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək

ABŞ görüşü: Vaşinqton Bakı ilə 3 məsələni dəqiqləşdirir

Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır

Zəngəzur dəhlizi bu vaxt açılacaq - Türkiyəli nazir

Delimitasiyaya imkan vermədilər: Kirantsa qubernator, nazir gəldi

Nikol İranla sərhədi bağlayıb, Türkiyəyə sığınacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla