Yuxarı

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan xalq tərəfindən seçilib və o, kiminsə birtərəfli tələbi ilə vəzifəsindən kənarlaşdırıla bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Vaaqn Aleksanyan arxiyepiskop Baqrat Qalstanyanın Baş nazir Nikol Paşinyana istefaya çağırışına niyə rəsmi cavab olmadığı barədə sualı cavablandırarkən deyib.

“Ermənistanın legitim Baş naziri Nikol Paşinyan ümumxalq səsverməsi yolu ilə bu vəzifəyə seçilib, Robert Köçəryanın müxtəlif sözçülərinin tələblərinə görə legitim baş naziri vəzifəsindən kənarlaşdırmaq mümkün deyil”, - deyə Aleksanyan bildirib.

O, həmçinin əlavə edib ki, hökumət Ermənistanın hər bir vətəndaşına hörmət edir və xalqın verdiyi bütün suallara cavab verir.

Qeyd edək ki, İrəvanın mərkəzində etiraz aksiyası keçirən keşiş Baqrat Paşinyana istefa verməsi üçün bir saat vaxt ayırmışdı. Bir saatın tamamında hökumətdən onun çağırışına heç bir reaksiya verilməyib.

Baqrat isə parlamentin müxalif fraksiyaları ilə Paşinyanın impiçmentini müzakirəyə başlayıb və bu məqsədlə Robert Köçəryanın ofisində görüş keçirib.

Tarix
2024.05.09 / 23:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Edqars Rinkeviçs Azərbaycana gələcək

Bakı-İrəvan arasında sülhün əldə olunması... - Mierinya

İlham Əliyev Dayqa Mierinanı qəbul etdi

Rusiya Ukraynanı atəşkəsə məcbur edəcək - Akyar

Azərbaycan Tayvanın müstəqilliyini tanımır

İranda səfirliyimizin açılacağı tarix bəlli oldu - Təcili

Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi

Rəisi dünən Ermənistana səfərdən imtina edib? - Rəsmi

Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi

Qəza yerində şok detal: naməlum adam... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla