Yuxarı

Kreml Nikola qarşı kilsəni də işə saldı: Çevriliş ola bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvandakı vəziyyət prosesin artıq Paşinyan üçün təhlükəli hal aldığını göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

Politoloq Moskvanın eyni anda bir neçə qrup üzərindən rəsmi İrəvana güclü təzyiq göstərdiyini bildirib:

“Fikrimcə, Paşinyanın Moskva səfərinin izlərini də bu aksiyalarda axtarmaq lazımdır. Paşinyan bu səfərlə Rusiya ilə münasibətləri nisbətən normallaşdırmaq və hansısa yolla aksiyaların təsirini zəiflətmək istəyib. Baş verənlər isə prosesin aktiv fazaya daxil olduğunu və Rusiyanın geri çəkilməyəcəyini göstərir. Burada əsas bir neçə qrup özünü büruzə verir. Başlıca rol cinayətkar Qarabağ klanıdır. Serj Sərkisyan və Robert Köçəryan birbaşa Rusiyanın adamıdır, eyni zamanda Putinlə şəxsi münasibətləri var. Keçmiş müdafiə naziri Seyran Ohanyan isə əhalini silahlanmağa, hökümətə və Azərbaycana qarşı mübarizə aparmağa çalışırdı. Digər bir qüvvə kilsədir. Erməni kilsəsində də Rusiyanın güclü təsiri var. Paşinyanın qondarma soyqırım əleyhinə ən son açıqlamaları diasporun qəzəbinə səbəb olub. Onlar da aksiyalarda əsas aktorlardan biridir. Bununla yanaşı, erməni xalqının böyük hissəsi şovinizm, faşizm ruhunda böyüdülüb”.

Ekspert Paşinyanın Rusiya ilə açıq qarşıdurmaya girməyəcəyini qeyd edib:

“Erməni ictimaiyyəti Türkiyə və Azərbaycan ilə yaxınlaşmağı qəbul edə, eyni zamanda 4 kəndimizin ölkəmizə təhvil verilməsini Paşinyana bağışlaya bilmirlər. Çevriliş cəhdlərinin olması mümkündür. Ermənistan baş naziri isə qarşıdakı dövrdə Rusiya ilə münasibətləri nisbətən normallaşdırmağa, bu mərhələdən daha az ziyanla çıxmağa çalışacaq”.

Tarix
2024.05.10 / 08:30
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

İtaliya onu Azərbaycana səfir təyin etdi

Edqars Rinkeviçs Azərbaycana gələcək

Bakı-İrəvan arasında sülhün əldə olunması... - Mierinya

İlham Əliyev Dayqa Mierinanı qəbul etdi

Rusiya Ukraynanı atəşkəsə məcbur edəcək - Akyar

Azərbaycan Tayvanın müstəqilliyini tanımır

İranda səfirliyimizin açılacağı tarix bəlli oldu - Təcili

Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi

Rəisi dünən Ermənistana səfərdən imtina edib? - Rəsmi

Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla