Yuxarı

Qazaxıstan “balon partlaması” açıqlamasından imtina etdi - Təcili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan “balon partlaması” açıqlamasından imtina etdi - Təcili

Qazaxıstan təyyarə qəzasından sağ çıxan stüardla müsahibədən sonra salonda oksigen balonunun partlaması ilə bağlı bəyanatına düzəliş edib.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirlik Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsində oksigen balonunun partlaması barədə məlumatı Rostovun uçuş rəhbərindən aldığını açıqlayıb.

Qeyd edilib ki, nazir brifinqdə Rostovun məlumatları əsasında hadisələrin xronologiyasını səsləndirib, istintaqın qənaətini yox.

Xatırladaq ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bu barədə ötən gün danışmışdı. O bildirmişdi ki, saat 10:53-də Rostov reysinin direktoru Aktau qülləsinin uçuş direktoruna təyyarənin sərnişin kabinəsində oksigen balonunun partlaması, sərnişinlərin huşunu itirməsi barədə əlavə məlumat verib.

Halbuki təyyarə qəzaya uğrayana qədər heç kimin huşunu itirmədiyi salondan çəkilən videolardan da aydın olur.

Tarix
2024.12.27 / 16:07
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla