Yuxarı

Təyyarədə oksigen balonu partlayıbmış... - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarədə oksigen balonu partlayıbmış... - Nazir

Aktau hava limanında qəzadan əvvəl Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin göyərtəsində oksigen balonunun partladığını öyrəniblər.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

Onun sözlərinə görə, ərazidəki dispetçerlərə təyyarənin göyərtəsində oksigen balonunun partlaması barədə məlumat daxil olub.

“Saat 10:53-də Rostov reysinin direktoru Aktau qülləsinin uçuş direktoruna təyyarənin sərnişin kabinəsində oksigen balonunun partlaması, sərnişinlərin huşunu itirməsi barədə əlavə məlumat verib.

Dərhal “Kazaeronaviqasiya”nın uçuş direktoru Aktau hava limanına gəlməsi üçün fövqəladə hallar xidmətlərinə - yanğınsöndürmə briqadasına və tibb işçilərinə məlumat verib”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 sərnişin və ekipaj üzvündən 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Qroznı səmasında Rusiya HHM sistemlərinin hücumu nəticəsində ciddi zədə alıb, buna baxmayaraq, ona eniş üçün izn verilməyib. Buna görə də təyyarə Aktauya istiqamət götürüb.

Tarix
2024.12.27 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla