Yuxarı

Fuad Poladov istefasına aydınlıq gətirdi

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fuad Poladov istefasına aydınlıq gətirdi

Əlbəttə ki, müqaviləmə görə oktyabr ayında olacaq tamaşalarda iştirak edəcəyəm.

Bu sözləri xalq artisti Fuad Poladov Akademik Dram Teatrından getməsi haqda Axar.az-a danışarkən deyib. Xalq artisti qeyd edib ki, müqavilə bitdikdən sonra Azdramdan ayrılacaq:

"Bu tamaşalar bitdikdən sonra Azdramdan ayrılacağam. Bundan sonra hara gedəcəyəm? Guya başqa hansı teatr var ki?"

Qeyd edək ki, teatrdan verilən açıqlamada F.Poladovun Azdramdan getmədiyi, işinə davam etdiyi bildirilmişdi. Teatrın mətbuat katibi Cavid Zeynallı da sabah, 28 oktyabrda F.Poladovun Azdramda səhnəyə çıxacağını açıqlamışdı.

Xatırladaq ki, gənc aktyor Hikmət Rəhimovun Azdramdan qovulmasına etiraz əlaməti olaraq Fuad Poladovun teatrdan istefa verdiyi haqda xəbər yayılıb.

Tarix
2016.10.27 / 11:54
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla