Yuxarı

Musiqili Teatrda "Bərabərlik" təqdim edildi - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə "Bərabərlik" adlı qala konsert proqramı təqdim olunub.

Kult.az xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, hökumət rəsmiləri, qeyri-hökumət qurumlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə S.Babayev vurğulayıb ki, Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi bu kateqoriyadan olan insanların bədii yaradıcılıq sahəsində də istedad və qabiliyyələrə malik olduqlarını bir daha təsdiq edib. Ulu öndərimiz Heydər Əliyevin dəstəyi ilə hələ 1990-cı illərdən belə tədbirlərin təşkil edilməsinə başlanıb. Ötən dövrdə də əlilliyi olan şəxslərin ümumrespublika səviyyəli bədii yaradıcılıq sərgi və baxış-müsabiqələrinin keçirilməsi artıq ənənəyə çevrilib.

Prezident cənab İlham Əliyev “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” deyə bəyan edib və Azərbaycanda aparılan işlər də bu sözləri əməli şəkildə təsdiqidir. Sevindirici haldır ki, hər il keçirilən bu tip tədbirlərə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar böyük maraqla və fəallıqla qoşulurlar. Onlara imkan yaradılır öz istedad və qabiliyyətlərini cəmiyyətə təqdim eləsinlər.

Nazir deyib ki, əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, reabilitasiya imkanlarının artırılması ilə yanaşı, eyni zamanda, əsas məqsədlərdən biri də onların cəmiyyətə fəal inteqrasiyasına, ictimai həyatda fəal iştirakına nail olmaqdır.

S.Babayev yenicə yekunlaşan Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin də elə bu məqsədə xidmət edən mühüm tədbirlərdən biri olduğunu qeyd edib.

Muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə keçirlən bu ilki baxış-müsabiqəsində 341 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə ölkəmizin regionlarında zona baxış-müsabiqələri keçirilib. Münsiflər heyətinin qərarına əsasən onlardan ümumilikdə 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. Final mərhələsində isə iştirakçılardan 25 nəfəri baxış-müsabiqənin qalibləri müəyyən olunub.

Gözdən I dərəcəli əlilliyi olan Elman Süleymanovun fortopianoda ifası ilə başlayan, əməkdar mədəniyyət işçisi Leyla Quliyevanın aparıcılıq etdiyi konsert proqramı Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan şəxslərin tanınmış incəsənət ustaları ilə eyni səhnəni bölüşərək duetlər ifa etmələri əsasında təşkil olunub. Bəhlul Əliyevin və Elnarə Xəlilovanın, Ayşən Padarova və Pərviz Qasımovun, Mehman Çingizoğlu və əməkdar artist Nuriyyə Hüseynovanın, Gülnar Novruzova və Sənan Əliyevin, Qəndaf Əkbərli və İbrahim Məmmədovun, Sadiq Həsənov və xalq artisti Gülyaz Məmmədovanın, Aysel Əlizadə və xalq artisti Samir Cəfərovun, Gülnar Rəhimova və Elvin Abdullayevin, Fatimə Savalanova və əməkdar artist Gülüstan Əliyevanın, Mətanət Quliyeva və əməkdar artist Nicat Kazımovun, Seymur Əliyev və Elnur Məmmədovun, Suma Tapdıqova və xalq artisti Gülyanaq Məmmədovanın ifasında duet formatında təqdim edilən mahnı və rəqslər, bədii yaradıcılıq numunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

S.Babayev və münsiflər heyətinin üzvləri olan tanınmış mədəniyyət və incəsənət xadimləri tərəfindən baxış-müsabiqəsi qaliblərinə diplom və mükafatlar, digər iştirakçılarına həvəsləndirici təşəkkürnamə və mükafatlar təqdim edilib.

Tədbir bütün əlilliyi olan şəxslərin ifasında “Yaşa Azərbycan” mahnısının ifası ilə yekunlaşıb.

Tarix
2019.12.03 / 19:59
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla