Yuxarı

“Yuğ”da “Şok” olacaq

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yuğ”da “Şok” olacaq

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi türkiyəli yazıçı-dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını fevral ayının 22-də tamaşaçıların ixtiyarına verəcək.

Kult.az xəbər verir ki, rejissor Günay Səttarın quruluşu əsasında baxılacaq tamaşanın musiqi bəstəsi Amid Qasımova və Mələk Vəlizadəyə, səhnə dizaynı Əməkdar incəsənət xadimi Rəşid Şərifə məxsusdur.

Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.

Janrı eqosentrik transaksiya kimi təyin olunan səhnə əsərində rolları aktyorlar Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova ifa edəcək. Səhnə əsəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstəriləcək.

Tamaşa müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.

Tarix
2020.02.08 / 11:02
Müəllif
Kult.az
Digər xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

Ərdoğan Azərbaycana yola düşdü

Düşmənin beli döyüş meydanında qırıldı - Prezident

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla