Yuxarı

Azərbaycanın ən gözəl aktrisası... - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan səhnəsinin gənc və gözəl aktrisalarını nə qədər tanıyırıq?

Kult.az-ın yeni - “Ən gözəl aktrisalar” layihəsində bu gəncləri sizlərə tanıtmağa çalışacağıq.

İlk həmsöhbətimiz Dövlət Akademik Musiqili Teatrının aktrisası Aydan Həsənovadır.

Qeyd: Aydan Həsənova 1991-ci ildə anadan olub. 2017-ci ildə Bakı Musiqi Akademiyasının "Solo oxuma” fakültəsini bitirib. 2015-ci ildən Akademik Musiqili Teatrda vokal artisti-solist vəzifəsində çalışır. Dövlət əhəmiyyətli tədbir və konsertlərdə uğurlu fəaliyyətinə görə 2017-ci ildə "İlin gənc aktrisası” nominasiyasında mükafata layiq görülüb.

- Necə oldu ki, teatra gəldiniz?

- Teatrı sevməyimin səbəbi onun canlı sənət olmasıdır. Filmlərin çəkilişində dubllar olur, aktyor bəzən obrazı yaşamır, sadəcə oynayır. Amma biz teatrlarda o obrazı yaşayıb, oynamalıyıq. Opera ifaçısı kimi Bakı Musiqi Akademiyasında Fidan Qasımovanın sinfində təhsil alırdım, yəni teatr sənətindən uzaq idim. Bizə aktyorluq sənəti dərsi keçirilirdi. O dərsi çox sevdiyim, pərəstiş etdiyim xanım, mənim müəllimim xalq artisti Şəfiqə Məmmədova keçirdi. Mən o qadına aşiq idim. Onun danışığına, özünü aparmaq tərzinə vuruldum. Bir insan olaraq onu o qədər sevdim ki, onun sənətini də sevdim. Ən sevdiyim obrazı “Qaraca qız” filmindəki roludur. Şəfiqə xanım məni teatra, teatrı da mənə qazandırdı.

- Bugünə kimi ən çox sevdiyiniz obrazınız hansıdır?

- Mən həmişə mənfi obrazları sevmişəm. Çünki çətin və ən yaddaqalan obrazlardan olur. Çox mənfi obrazı belə pis qəbul edə bilmirəm. Oynadığım obrazlar bir-birindən çox fərqlidir. “O olmasın, bu olsun” tamaşasında uzun hörüklü, Azərbaycan mentalitetinə uyğun olan, ata sözünə qulaq asan Gülnaz, “Arşın mal alan”da Gülçöhrə və “Baladadaşın toy hamamı”nda Bikə. Bikə çox fərqli personajdır, 16-17 yaşlarında bir kənd qızı. O rolu ifa edəndə hətta yerişimi belə dəyişirdim ki, tamaşaçını kənd qızı olduğuma inandıra bilim. “Balaca şahzadə” tamaşasında oynadığım Qızılgül obrazı ən çətin obrazlardan biri idi.

“Paris Notr-Dama ithaf” tamaşasında qaraçı qızı Esmeraldanı canlandırdım. Esmeralda rolunu oynamaq üçün teatrda rəqs dərslərinə başladım. Çünki Esmeralda rəqslə pul qazanan personaj idi. Bunun üçün üzərimdə çox işlədim. Hətta tamaşaya baxan xalq artistimiz Təranə Muradova tamaşanın premyerasında məni rəqqasə zənn etmişdi.

- Aydan Həsənovanın özü olduğu, özünü tapdığı obraz varmı?

- “Bəxtiyar”da Saşa obrazı. O, personaj mənə çox doğmadır. Kişi xarakterli qızdır, istəyir ki, incə davransın, amma onda alınmır. Mənə də həyatda deyirlər, Aydan, kobud olma, üzdən o qədər zərifsən ki, sənə kobudluq yaraşmır. Yəni Saşa obrazında özümü tapmışam.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işə başlayandan ən çox oynamaq istədiyim obraz isə “Qayınana” tamaşasındakı Afətdir. Həyatda Afət kimi olmasam da, o obrazı sevirəm. Bu tamaşa hələ ki, düşünülür. Çünki Nəsibə Zeynalova qayınana obrazını o qədər gözəl oynayıb ki, ondan sonra onu oynamaq böyük məsuliyyət tələb edir.

- Tamaşa zamanı yaşadığınız hansı insident yaddaşınıza həkk olunub?

- Gülçöhrə obrazını oynayanda hörüklər ilişib qaldı ayağımın altında. Belə anlarda tərəf müqavil tez qarşıma keçir, tamaşaçıya hiss etdirmədən düzəliş edirəm. Səhnədə aktyorlar bir-birinə qarşı çox mərhəmətli olurlar.

- Hansı dramaturqları sevirsiniz?

- Kitab oxumuram. Şeir də əzbərləməyi sevməmişəm.

- Gözəl xanımsınız. Sizə model kimi hardasa çıxış etmək üçün dəvət gəlibmi?

- Mən tetar aktrisası və müğənni kimi fəaliyyət göstərirəm. Eyni zamanda, fotomodel kimi də fəaliyyətim olub. Bu qədər.

- Lahiyəmizin ikinci qonağını siz seçin. Yəni siz kimi Azərbaycan teatrının gənc və gözəl atrisası hesab edirsiniz? Amma bir ad çəkin...

- Gənc, gözəl aktyorlarımız çoxdur... Əgər yalnız birini deməliyəmsə, onda Elenora Mustafayeva olsun...

Tarix
2021.10.12 / 14:38
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla