Yuxarı

Bakıda iki teatr bağlana bilər

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iki teatr bağlana bilər

Ölkənin müstəqil teatrları olan Oda və ADO fəaliyyətini dayandıra bilər.

Bu barədə Axar.az-a hər iki teatrın rəhbəri Elmin Bədəlov məlumat verib.

Onun sözlərinə görə, maliyyə sıxıntısı üzündən teatrların taleyi sual altındadır: "Artıq o həddə çatmışıq ki, teatrları bağlamaq haqda düşünürük. İki min manata yaxın borcumuz var.

Bunların içərisində məhkəmə, vergi və yer sahibinə olan icarə haqqı borcları yığılıb. Teatrın stullarını satışa çıxardıq, ancaq alan olmadı. Qalmışıq belə, bilmirik neyləyək. Bircə ümidimiz tamaşaçılarımızadır".

Teatr rəhbərinin sözlərinə görə, onların növbəti icarə haqqını ödəmələrinə çox az vaxt qalıb: "15-20 gün vaxtımız qalıb. Artıq yeni reklam növləri haqqında düşünürük və çıxış yolları axtarırırq. ODA teatrı dəfələrlə bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb.

Ancaq hər dəfə bir vasitəylə bu sıxıntıdan xilas ola bilmişik. Əsasən də tamaşaçılarımızın dəstəyi ilə bu problemləri aşmışıq. Ancaq bu dəfə əl atdığımız vasitələrin əksəriyyəti uğursuz çıxır".

Qeyd edək ki, ODA teatrı 2013-cü ildə, ADO teatrı isə bir neçə ay bundan öncə yaranıb. ODA gənclər arasında sevilən və insanların marağına səbəb olan teatr kimi tanınır.

Tarix
2015.11.03 / 17:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

İlham Əliyev Narenda Modi ilə görüşdü - Foto

Ceyhun Bayramov Bişkekdə Arakçı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla