Yuxarı

Əməkdar artist: “Oğlum son nəfəsində dedi ki...”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməkdar artist: “Oğlum son nəfəsində dedi ki...”

Övladlarımı saxlamaq üçün qabyuyan işləməyə də razı idim.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Kübra Əliyeva "Sənətsevər" verilişində həyatındakı faciəli anlar haqda danışarkən deyib:

"Həmişə Allahımdan razı olmuşam, hətta xərçəng xəstəsi olduğumu öyrənəndə də Allaha şükür etdim. Əvvəl elə bildim ki, ürəyimdə problem var, ürəyimi yoxlatdırdım, heç nə çıxmadı. Sonra Türkiyəyə – qızımın yanına getdim, orada müayinə olunanda xərçəng xəstəsi olduğumu dedilər, çox sarsıldım. Məni əməliyyat etmək istədilər, razı olmadım. Gəldim Milli Onkologiya Mərkəzində əməliyyat olundum. 5-6 saat çəkən əməliyyatdan çıxandan sonra sağ qaldığım üçün uşaq kimi ağlayırdım".

Oğlunun son günlərindən də danışan Kübra Əliyeva bu ölümün onu çox sarsıtdığını bildirib:

"Həyatda hər şey olur. Qorxunc xəstəliyə qalib gəldim, amma oğlum getdi. Övladlarımı böyütməkdən ötrü qabyuyan işləməyə də razı idim. Oğlum uzun müddət xəstə yatdı, artıq gedəcəyini bilirdik. Rauf son dəfə mənə dedi ki, ana, kaş, zamanı geri qaytarmaq olaydı... Sən mənə həyat verdin, amma mən sənin həyatını məhv etdim". Bununla da onun dili tutuldu, bir neçə saat sonra vəfat etdi".

Tarix
2015.11.10 / 11:35
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla